Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, İraq Milli Qüvvələr Koalisiyasının sədri Seyid Əmmar Həkim “Həşdi-Şəbi” bazalarının bombalanmasını pisləyib.
Seyid Əmmar Həkim bəyanatında bildirib: Bir neçə vilayətdə "Həşdi-Şəbi" bazalarının hədəfə alınması, nəticədə onlarla qüvvə üzvünün şəhid olması və yaralanması ilə nəticələnən bombardmanı qətiyyətlə pisləyirəm. Müvafiq dövlət və təhlükəsizlik qurumlarından bu təcavüzü araşdırmağı, İraqın suverenliyi və təhlükəsizliyini hədəf alan bu cür pozuntuların bir daha təkrarlanmaması üçün zəruri tədbirlər görməyi tələb edirəm.
O əlavə edib: Bir daha vurğulayırıq ki, İraq ərazisinin qonşu ölkələrə qarşı hər hansı hücum və ya təhdid üçün dayaq məntəqəsi kimi istifadə edilməsinə qarşıyıq.
O, Son olaraq bildirib: Uca Allahdan şəhidlərə rəhmət, onların ailələrinə səbir və dözüm, yaralılara isə tezliklə şəfa nəsib etməsini diləyirik.

Seyid Əmmar Həkim
Rəyiniz